YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İran tərəfindən tələb edilib ki, cinayət şəffaf şəkildə araşdırılsın” - Xələf Xələfov

Azərbaycanın İrandaki səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmışdır. Eyni zamanda, 60-dan çox ölkənin dövlət başçıları, xarici işlər nazirləri və səfirləri tərəfindən bu silahlı hücum terror aktı kimi pislənmişdir.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib.

“İran tərəfindən tələb olunub ki, bu cinayət şəffaf şəkildə araşdırılsın, cinayətkarlar məsuliyyətə cəlb olunsun və Azərbaycan tərəfinə konkret məlumatlar təqdim edilsin”, - deyə Xələf Xələfov vurğulayıb.