YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev ukraynalı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması ilə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: “Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi”.

Dövlətimizin başçısı bu faciə ilə əlaqədar Volodimir Zelenskiyə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.