YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siyasi partiyalar haqqında qanun” –siyasi rentabelliyin və demokratik dəyərlərin təntənəsi

Muxtar Nağıyev

YAP Səbail rayon təşkilatının sədri

Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə, Azərbaycanda siyasi partiyalarla münasibəti tənzimləyən, iqtidar-müxalifət dialoqunu yeni müstəviyə daşıyan hüquqi-normativ aktın bazası daha da gücləndirildi. Bu faktor eyni zamanda, ölkəmizdə reallaşdırılan davamlı, ardıcıl siyasi islahatların məntiqi nəticəsidir.

Bu qanunla Azərbaycanın siyasi institutları öz inkişafının tarixi bir mərhələsinə yekun vurub, yeni siyasi reallıqlara və dəyişikliyə qədəm qoyacaqlar.

Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciətindən sonra yeni layinənin işlənməsinə srart verildi. Parlamentin plenar iclasları ilə paralel olaraq ictimai-siyasi institutlarda da onun müzakirələri aparıldı. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri üçün geniş şərait yaradıldı. Qəbul olunmuş yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi, funksiya və fəaliyyət dairələrinin genişlənməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi institutları öz inkişafının tarixi bir mərhələsinə yekun vurub, yeni siyasi reallıqlara və dəyişikliyə qədəm qoyacaqlar. Yeni qanun həm də cənab Prezidentin apardığı siyasi islahatların məntiqinə əsaslanır.

“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbi kimi qitmətləndirilir və eyni zamanda, Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Lakin daha bir xüsusi məqamı da vurğulamaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbi kimi qitmətləndirilir və eyni zamanda, Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, hazırkı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi və dünyada cərəyan edən qlobal dəyişikliklər istər-istəməz ölkəmizə də öz təsirlərini göstərirdi. Bu xüsusda, qanunlar silsiləsində “Siyasi partiyalar haqqında” qanunun da dəyişdirilərək daha modern şərtlərə uyğunlaşdırılması öz vacibliyini göstərirdi. Ona görə də, dünyada cərəyan edən proseslər, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını labud edirdi.

Digər tərəfdən, qeyd olunanlar nəzərə alınaraq, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər ki, məhz həmin müraciət yeni mühitin və demokratik dəyərlərin inkişafına tərəf atılan addım kimi dəyərləndirilir.

Nəticədə isə yeni qanun layihəsinin hazırlanması prosesinə demokratik və şəffaf şəkildə başlanıldı. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirildi. Oktyabrın 24-də isə Milli Məclisdə partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə geniş dinləmə keçirildi, bir sıra iradlar və tənqidlər bildirildi. Təbii ki, həmin məsələlərdən qaynaqlanan və müsbət yöndə təhlil edilən hər bir faktor dərindən araşdırıldı, sonda münbit nəticəyə gəlindi.

Onu da qeyd etmək lazımdır ki, keçirilən bütün ictimai dinləmə və müzakirələr Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi ki, bu reallıq da Azərbaycanın siyasi mühitində bilavasitə demokratik dəyərlərə sadiqliyin göstəricisi kimi analaşılır.

Digər tərəfdən, qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb, beynəlxalq təcrübəyə istinad edilib ki, bu da layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur.

Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapması da bir daha təsdiq edir ki, yeni layihə siyasi mühitdə islahatların davam etdirilməsinə təkan verəcək. Bu qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, o cümlədən birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə imkan yaradır.

Məntiqi nəticə isə budur: heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi, irad və təkliflərin nəzərə alınması çox müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür!

Əbəs deyil ki, ölkəmizdə fəaliyyət göstərən onlarla siyasi təşkilatlar və onların rəhbərləri də bəyan edirlər ki, məhz siyasi plüralizmin hökm sürdüyü dinləmələrdə layihə ilə bağlı təmsil edilən müxtəlif partiya üzvləri öz iradələrini sərbəst ifadə etmək imkanı əldə etdilər. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri üçün geniş şərait yaradıldı.

Həmçinin, ötən il noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirildi. Tədbirdə parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri və üzvləri olan deputatlar iştirak edərək qanun layihəsinə edilən dəyişikləri yüksək qiymətləndirdilər.

Məntiqi nəticə isə budur: heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi, irad və təkliflərin nəzərə alınması çox müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür!

Daha bir mühüm məqamı da qeyd etmək lazımdır ki, əvvəlki müzakirələrdəki tənqidlərin bir çoxu yeni layihədə artıq çıxarıldı, bir çox irad və təkliflər nəzərə alındı. Ona görə də tam əminliklə deyə bilərik ki, sənədin yenilənməsi zamanı layihədə çox ciddi dəyişikliklər edildi. Misal üçün, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarıldı. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edildi.

Ümummilli məsələlərdə əksər siyasi partiyaların vahid mövqe nümayiş etdirməsi də məhz bu əməkdaşlığın nəticəsidir. Siyasi arenada islahatların davam etdirilməsi ilə bağlı ölkədəki güclü siyasi iradə mövqeyindən asılı olmayaraq bütün dövlətçi partiyalar üçün yeni imkanlar yaradır. Bu qanunun qəbul edilməsi həmin imkanları daha da gücləndirəcək.

Beləliklə, proseslərin təhlili də onu da göstərir ki, bizi qarşıda yeni çağırışlar, demokratik mühitin daha geniş imkanlara malik olması istiqamətində növbəti yeni uğurlar gözləyir. Məhz bu baxımdan, onu da vurğulamalıyıq ki, biz sözügedən prosesə doğru atılan hər bir addımda, dövlətçiliyimizin daha da güclənməsi yönündə, müstəqilliyimizin daha da möhkəmlənməsi naminə mütərəqqi addımlarımızı genişləndirməliyik və həmin proses Prezident İlham Əliyevin rəhbərliyi ilə və müdrik siyasəti sayəsində davam edir.

Sonda isə daha bir nüansı da qeyd etmək lazımdır ki, yeni qanun layihəsi cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.