YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 12 təminat-təchizat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Bir daha xatırladırıq ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.