YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur, Göyçə və İrəvan qədim Azərbaycan topraqlarıdır!

“Ermənilər Qərbi Azərbaycanı özününküləşdirmək üçün buradakı Azərbaycan toplumuna qarşı ağır hərbi cinayətlər törədiblər. Bu fikir İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin yaydığı açıqlamada yer alıb.

Açıqlamada qeyd edilib: "Məhz ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Qərbi azərbaycanlılar buradan deportasiya edilərək zorla çıxarılıb.

Zəngəzur, Göyçə və İrəvan qədim Azərbaycan topraqlarıdır. Tarixi mənbələr göstərir ki, məhz çar Rusiyası dövründə buraya ermənilər məqsədli və düşünülmüş şəkildə kütləvi halda köçürülərək çar imperiyasına bir növ etnik dayaq yaradılmışdır. Bu siyasət rus çarı birinci Pyotrdan başlamış və sovet-bolşevik hökuməti dövründə daha ciddi şəkildə davam etmiş və sovet hökumətinin ermənipərəst siyasəti nəticəsində isə Qərbi Azərbaycan torpaqları qeyri-qanuni şəkildə tamamilə ermənilərə verilərək burada, yəni bu Azərbaycan torpaqları üzərində sovet hökuməti tərəfindən indiki Ermənistan dövləti yaradılmışdır. Heç bir tarixi mənbə burada qədim erməni varlığını və tarixdə hər hansısa bir erməni dövlətinin mövcudluğunu təsdiq etmir. Yəni bütün tarixi mənbələr Qərbi Azərbaycan torpaqlarının məhz Azərbaycana aid olmasını mötəbər dəlillərlə sübut edir. Lakin ermənilərin şovinist və etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandakı Azərbaycan izləri dağıdılmış və yerlə-yeksan edilmişdir. 1988-ci ildən isə başlayaraq bu ərazilərdə yaşayan Qərbi azərbaycanlılar zorla və hərbi güc tətbiqi ilə öz dədə-baba torpaqlarından qovularaq ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olmuşdurlar. Qərbi Azərbaycan indiki Azərbaycan Respublikasının tarixi ərazisidir.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycan icaması ilə keçirdiyi görüş və Qərbi Azərbaycan icmasının inzibati binasının açılış mərasimində iştirak etməsi son dərəcə əlamətdar hadisədir. Qərbi Azərbaycanda yaşamış azərbaycanlılara vaxtilə böyük zülm edilib,‚ onlar ağır təqiblərə,‚ hücumlara məruz qalıblar. Ermənilər orada yaşamış azərbaycanlılara qarşı da genosid siyasəti yeridib.
Biz Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan məsələsinə dair fikirlərinə öz siyasi dəstəyimizi ifadə edirik. Qərbi Azərbaycan məsələsində də Azərbaycan haqlı tərəfdir. Zəngəzur, Göyçə‚ İrəvan əraziləri tarixi Azərbaycan torpaqlarıdır.

Biz‚ Azərbaycan dövlətinin atdığı hər bir addımı dəstəkləyir, Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsində də Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildirir, ermənilərin şovinist və etnik təmizləmə siyasətini isə şiddətlə pisləyir‚ vaxtilə 1988-1989-cu illərdə və daha sonralar ermənilərin bütün azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və genosid siyasətini isə milli və irqi zəmində törədilən ağır hərbi cinayət və terror əməlləri hesab edirik”.