YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rifah və inkişaf: əsas prioritetlər kimi

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev fəaliyyəti ilə Ümummilli lider ideyalarının layiqli davamçısı olduğunu bir daha təsdiq etmişdir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Prezident İlham Əliyev əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman mühüm addımlar atır.

Prezident İlham Əliyev 2023-cü ilin ilk günlərində imzaladığı Sərəncamla ölkəmizdə həyata keçirilən sosial siyasətin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı həyata keçirilən sosial siyasətin davamı kimi dəyərləndirildi. Sərəncama əsasən, minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən  345 manata yüksəlir. Həmçinin minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri artırılacaq.

Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsi olaraq regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikilməsi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir. Xususi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.

Bu gün ölkəmizin bütün bölgələrində sosial infrasturuktur layihələri uğurla icra olunur, şəhərə və kəndlərimizin siması əsaslı şəkildə dəyişir, yeni yeni işyerlərinin açılması və işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunun məntiqi nəticəsidir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir. Azərbaycan Beynəlxalq müstəvidə siyasi, iqtisadi və strateji cəhətdən böyük nüfuz sahibi olan ölkədir.