YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri başlayıb

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 1-də Bişkekdə Qələbə meydanındakı “Əbədi məşəl” abidə kompleksini ziyarət edərək önünə əklil qoyub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sonra Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyev tərəfindən general-polkovnik Z.Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.

Nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra Müdafiə Nazirliyinin nümayəndə heyəti Koy-Taş şəhərində Qırğızıstan Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzində olub. Mərkəzin tarixi, fəaliyyəti və strukturu haqqında Azərbaycan nümayəndə heyətinə brifinq təqdim olunub.

Səfər iyunun 2-dək davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv