YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Bayrağı” ordenli şəhidin doğum günü qeyd olunub

“Azərbaycan Bayrağı” ordenli şəhidin doğum günü qeyd olunub.

Lerik rayonu Almu kəndində sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan “Azərbaycan Bayrağı” ordenli leytenant Məlikov Vüsal Bəxtiyar oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının, Lerik Rayon İcra Hakimiyyətin məsul əməkdaşları, kənd sakinləri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

DİGƏR Xəbərlər Arxiv