YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələri diqqət mərkəzindədir

“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və təşkilat nümayəndələri Vətən müharibəsi şəhidləri Tağıyev Elzamin Eyvaz oğlunun və Abdullayev Tural Bəylər oğlunun ailələrinə baş çəkiblər.

Ziyarət zamanı şəhid ailələrinin qayğı və problemləri dinlənilib.

Qeyd edək ki, Tural Abdullayev 2020-ci il oktyabrın 24-də Füzuli uğrunda, Elzamin Tağıyev isə noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəliblər.