YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Professor Castin Makkarti: Ermənilər terror və cinayətlərdən vasitə kimi istifadə edirlər

Amerikalı professor Castin Makkarti Vyanada fəaliyyət göstərən “Bilirdinizmi?” (“Did You Know”) dərnəyində təşkil olunan toplantıda “Ermənilər terror və cinayətlərdən vasitə kimi istifadə edirlər” mövzusunda məruzə ilə çıxış edib. Birinci Dünya müharibəsində Osmanlı dövlətinin Balkanlarda, Yaxın Şərqdə və Qafqazda hərbi təcavüzlərə qarşı döyüşlər apardığını diqqətə çatdıran C. Makkarti bildirib ki, 1912-1921–ci illərdə Osmanlı ərazisində gedən hərbi qarşıdurmalarda üç milyon müsəlman, yüz min erməni həlak olub. O, tarixi faktlara istinad edərək bildirib ki, ermənilər uydurduqları yalanlardan doğan məqsədlərə çatmaq üçün terror və cinayətlərdən vasitə kimi istifadə edirlər.

Saxta “erməni soyqırımı” iddialarına münasibət bildirən professor Castin Makkarti deyib: “Bu, tamamilə yalandır. “Soyqırımı”na məruz qaldıqları iddia edilən ermənilərin sayı o dövrdə yaşamış bütün ermənilərin sayından qat-qat artıq göstərilir. Digər tərəfdən, xəstəlik, aclıq və digər səbəblərdən ölən insanları qətlə yetirilmiş kimi təqdim etmək ədalətsizlikdir. Müharibə vəziyyətinin acınacaqlı hallarına uyğun olaraq o vaxt aclıq, xəstəlik və səfalətdən müsəlmanlar ermənilərdən dəfələrlə çox itki veriblər”.

Amerikalı alim salondakı erməni əsilli iştirakçıların bütün təxribatçı suallarına tutarlı cavablar verib.

Türkiyəli diplomat Əmrə Qaragöl ermənilərin türk diplomatlarına qarşı kütləvi terrorlar törətdikləri barədə məlumat verib. O deyib ki, təkcə Vyanada üç türk diplomat erməni vandalları tərəfindən vəhşicəsinə qətlə yetirilib.