YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Avropa İttifaqı Qarabağ probleminə münasibətdə ikili standartlar tətbiq edir

« Ukrayna böhranı, Krımın ilhaqı və bununla bağlı digər məsələlərdə Avropa İttifaqı ölkələri, Avropa Parlamenti, Avropa Komissiyası kifayət qədər çevik reaksiya sərgiləyirlər. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni yanaşmanı biz onlarda görmürük. Avropa İttifaqı rəsmiləri Dağlıq Qarabağ problemini “dondurulmuş”, Ukrayna ilə bağlı eyni hadisəni isə “dondurulmamış” münaqişə hesab edirlər». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki,  Donetsk və Luqansk separatçılarına sanksiyalar tətbiq edilir, onların Qərb ölkələrinə, xüsusən də Avropa İttifaqı ölkələrinə girişi qadağan edilir. Lakin Dağlıq Qarabağ separatçılarının lideri ABŞ-a, Fransaya səfərlər edir, hətta Ermənistanın hərbi-siyasi dəstəyi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü pozaraq, separatçılıq nəticəsində yaratdıqları qondarma respublikanın ayaqda durması üçün ianələr toplayır. Təbii ki, bu, ikili standartların tətbiqindən irəli gələn münasibətdir.

«Riqada keçirilən Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı bu məsələyə münasibətdə ikili standartlar siyasətini tətbiq etdi. Onlar çalışırdılar ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi  4 qətnamənin adı hazırlanan yekun bəyanatda öz əksini tapmasın. Ona görə də Azərbaycan tərəfi yekun sənədi imzalamaqdan imtina etdi. Ancaq xarici işlər nazirimizin apardığı danışıqlar nəticəsində belə bir kompromis variant razılaşdırıldı ki, Azərbaycanın yekun sənədə imza atması müəyyən şərtlərlə mümkündür. Həmin şərtə uyğun olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ölkəmizin mövqeyini ifadə edən bəyanatı Avropa İttifaqına göndərib. Həmin sənəd sammitdə imzalanan yekun bəyanata əlavə kimi qəbul ediləcək. Bu, Azərbaycanın mövqeyinin qəbul edilməsi, onun da maraqlarının təmin edilməsi deməkdir»- deyə, politoloq qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv