YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Çexiya arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması gözlənilir

Azərbaycanın Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması gözlənilir.

Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə keçirdiyi görüşdə məlumat verilib.

Görüşdə, həmçinin enerji sahəsində əməkdaşlıq, qazın nəqli, elektrik enerjisinin istehsalı məsələləri müzakirə edilib. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açılıb. Bildirilib ki, “Şahdəniz” yatağının işlənməsi Azərbaycanın dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib.

Bundan başqa, Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı da vurğulanıb.