YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Bakı-2015" I Avropa oyunları ilə bağlı yeni rabitə avadanlıqları nümayiş olunub

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov I Avropa oyunları zamanı radiotezliklərdən və radioelektron vasitələrdən maneəsiz istifadə, radioelektron vasitələrinə müvafiq tezliklərin ayrılması və qeydiyyatı məqsədilə alınan mobil və portativ tipli radiomonitorinq, test-sınaq avadanlığının, proqram təminatlarının, Bakı şəhəri və Abşeron yarımadasında efirə avtomatik radionəzarəti təmin etmək üçün Mehdiabad qəsəbəsində qurulmuş Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə və müvafiq mütəxəssislərdən təşkil olunmuş radiomonitorinq qruplarının oyunlara hazırlıq vəziyyətinə baxış keçirib. Tədbirdə radiomonitorinq avadanlığının, tezlik analizatorlarının, test sınaq avadanlığının texniki imkanları, idman oyunlarında istifadə ediləcək tezliklərə yarana biləcək maneələrin operativ təyin edilməsi və aradan qaldırılması, radioelektron vasitələrinin parametrlərini yeni texnologiyanın tətbiqi ilə yoxlanılması barədə ətraflı məlumat verilib. Bu avadanlıq üzrə yüksək ixtisaslı mütəxəssislərin bacarıqları nümayiş etdirilib.

Sonra I Avropa oyunlarına hazırlığın vəziyyəti üzrə RYTN-də geniş iclas keçirilib.

İclasda nazir Əli Abbasov I Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərinin əhəmiyyəti, oyunların hazırlıq dövründə“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) tələblərinə uyğun işlərin lazımi səviyyədə yerinə yetirildiyi və başa çatdırıldığı, RYTN-nin rabitə birlik və müəssisələrinin, digər əlaqədar strukturların BAOƏK-lə birgə səmərəli fəaliyyət göstərdikləri qeyd edilmişdi. Daha sonra müvafiq təşkilatlarla birlikdə xüsusi rabitə xidmətlərinin təşkilinə və dövlət və strateji internet saytlarının mühafizəsinə və informasiya təhlükəsizliyinə, internet xidmətlərinin təşkilinə, yeni əsas və alternativ istiqamətdə çəkilmiş rabitə kanalları, stasionar və mobil telefon xidmətinin təşkilinə, “Azerspace-1” peykinin oyunların yayımında istifadəsinə dair məlumatlar dinlənilib.