YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondu körpələrə bayram sevinci yaşatdı

Mayın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbirdə çıxış edərək bu gün ölkəmizdə uşaqlara və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlar üçün yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaqların sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirib, müvafiq fərman və sərəncamlar imzalayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır.

Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqlar cizgi filmi qəhrəmanlarının, klounların göstərdikləri nömrələri maraqla izləyiblər.

Tanınmış incəsənət ustalarının çıxışları ilə davam edən tədbirdə iştirak edən bütün uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.