YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serbiya Azərbaycanla iqtisadi tərəfdaşlıqda maraqlıdı

İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviçlə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır. İqtisadiyyat naziri ölkəmizdə aparılan iqtisadi islahatlar barədə məlumat verib, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, İKT sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb və bu sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb.

Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali ölkəsinin Azərbaycanla tərəfdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb, Serbiya-Azərbaycan iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri barədə danışıb.

Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, bu günlərdə Rumıniyada imzalanmış yaşıl enerji ilə bağlı Sazişin önəmini vurğulayıb.

Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıblar.