YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aksiyanın 11-ci günü – heç bir insident müşahidə edilməyib

Xankəndi-Laçın yolunda dinc şəkildə təşkil olunan etiraz aksiyasının 11-ci günü sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

Etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən şüarları səhər saatlarında da səsləndiriblər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar aksiyanı fəal şəkildə davam etdirirlər. Gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Aksiya davam edir.