YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Putin: Azərbaycanın dünya arenasında nüfuzu artır

“Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycanın dünya arenasında nüfuzu artır.” Bu fikirlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.  

Məktubda deyilir:  “Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, biz konstruktiv siyasi dialoqun genişlənməsini, bütün istiqamətlərdə səmərəli əməkdaşlığın güclənməsini bundan sonra da birgə səylərimizlə təmin edəcəyik. Bu, ölkələrimizin əsaslı maraqlarına cavab verir, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.

İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzu edirəm. .”