YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilanın əsas inkişaf istiqamətləri açıqlanıb

Zəngilanın davamlı gələcəyinə birbaşa töhfə verəcək beş əsas inkişaf istiqaməti var. Kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat və logistika, turizm, yaşıl enerji bu istiqamətlərə daxildir.

Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlar barədə brifinqdə deyib.

V.Hacıyev qeyd edib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xətti üzrə işlərin 40 faizi, avtomobil yolunda isə 70 faizi tamamlanıb. Şərqlə Qərb ölkələrini birləşdirə biləcək Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarında tikinti prosesi davam edir.

“Şərqi Zəngəzurun yenidən qurulması prosesində bizim kifayət qədər çətinliklərimiz olsa da, eyni zamanda, böyük imkanlar var. Əsas problemlərdən biri minalardan təmizləmə və təhlükəsizliklə bağlı idi. Şəhər və kəndlərdə dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin edilməsi birinci prioritetdir. Yenidənqurma səylərinə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğuları ilə kütləvi şəkildə çirklənməsidir. Hazırda Şərqi Zəngəzurun minalardan təmizlənməsi prosesi davam edir”, - deyə V.Hacıyev bildirib.