YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın-Şuşa yolunda etiraz aksiyasının üçüncü günü

Üçüncü gündür ki, Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının, fəalların etiraz aksiyası davam edir.

Əksəriyyəti gənclər olan yüzlərlə etirazçı əllərində plakatlar tutaraq rusiyalı sülhməramlılarla üzbəüz dayanıb. Bu gün Şuşada günəşli havadır, sanki təbiət özü də Qarabağın unikal flora, fauna və təbii ehtiyatlarının müdafiəsinə haqq səsini ucaldan etiraz aksiyaçılarına iltifat göstərir.

Xatırladaq ki, etiraz aksiyası Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilir. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.

DİGƏR Xəbərlər Arxiv