YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatı Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirib.

Tədbir iştirakçıları Gəncə şəhərində Heydər Əliyev Mərkəzi ziyarət edib, Ulu Öndərin ömür yolunu əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

Sonra Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 99 saylı tam orta məktəbdə “Xalqın xilaskarı - ulu öndər Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

Əvvəlcə məktəbin foyesində Ümummilli Liderin büstü önünə çiçəklər düzülüb, əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq yolundan danışıb.

Kəlbəcər rayon 99 saylı tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri İsmət Nəcəfov, məktəbin tarix müəllimi Nazim Ələsgərov, Kəlbəcər 4 saylı körpələr evi uşaq bağçasının müdiri Yeganə Məmmədova və digər çıxış edənlər Ümummilli Liderin müasir, müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən bəhs edib və onun təhsil işçilərinə həmişə böyük diqqət və qayğı göstərdiyini vurğulayıblar.

Şagirdlər ulu öndər Heydər Əliyevə və Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.