YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Xoreoqrafiya Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, BXA-nın Tədris işləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, İnzibati-təsərrüfat işləri üzrə prorektor, Əməkdar artist Fərid İbrahimov, Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahir Eynullayev, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, kafedra və şöbə müdirləri, akademiyanın müəllim-tələbə heyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov və Xalq artisti, “Şöhrət” ordenli, görkəmli bəstəkar Faiq Sücəddinov iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitq ilə açan Əməkdar artist Nailə Məmmədzadə ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi xüsusi qayğısından danışıb.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, ulu öndər Heydər Əliyevin idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri Azərbaycan tarixinin möhtəşəm səhifələrini təşkil edir. Ötən əsrin 70-ci illərindən etibarən, milli ideyanın yüksəlişinin təmin edilməsində böyük xidmətləri olan Ümummilli Liderin həyata keçirdiyi siyasətin məntiqi olaraq Azərbaycan sözün əsl mənasında yeni yüksəliş dövrünü yaşayıb. Hazırda Ulu Öndərin siyasi kursunu onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir.

Tədbirdə çıxış edən BXA-nın Xarici əlaqələr üzrə prorektoru Təranə Muradova, Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadə, Xalq artisti,  bəstəkar Faiq Sücəddinov, BXA-nın Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi həyatında elm və incəsənət nümayəndələrinə göstərdiyi əvəzolunmaz qayğı və xidmətlərindən geniş söz açıblar.

Tədbirin sonunda Əməkdar artist İlham Nəzərov tərəfindən M.Maqomayevin “Azərbaycan” mahnısı və Xalq artisti, bəstəkar Faiq Sücəddinov tərəfindən Ulu Öndərin şərəfinə bəstələdiyi “Heydər Əliyev – 100 yaş” musiqi kompozisiyası fortepianoda ifa edilib.