YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə Ümummilli Liderin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının təşəbbüsü ilə rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, əməkdaşı Xəyyam Məlikov, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev, YAP Kürdəmir rayon təşkilatının nümayəndələri Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıblar.

Sonda Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib.