YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Memarlar İttifaqının XX qurultayı işə başlayıb

Dekabrın 9-da Bakıda Azərbaycan Memarlar İttifaqının XX qurultayı işə başlayıb.

Qurultayda çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyevin memarlıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan, görülən işlərdən danışıb.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva dövlətimizin başçısının qurultay iştirakçılarına məktubunu oxuyub.

Mədəniyyət naziri Anar Kərimov nazirliyin Memarlar İttifaqı ilə uzun illər davam edən səmərəli əməkdaşlığından, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb.

Qurultayda, həmçinin memarlıq sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup memara nazirliyin mükafatları təqdim olunub.