YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın qaldırdığı məsələlər UNESCO tərəfindən sükutla qarşılanır

Azərbaycanın qaldırdığı məsələlər UNESCO tərəfindən hələ də sükutla qarşılanır.

Bu sözləri Baş nazirin müavini Əli Əhmədov “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

Əli Əhmədov bildirib ki, Azərbaycana qarşı vurulan zərbələr, mədəni sərvətlərimizin məhvi ilə bağlı müraciətlərimiz ayrı-ayrı qurumlar, UNESCO tərəfindən sükutla qarşılanırdı. Azərbaycanın haqlı həyəcan səsi eşidilmədi. Torpaqlarımız azad olunduqdan sonra da UNESCO tərəfindən biganəlik hökm sürməkdədir. UNESCO-nun bu məsələ ilə bağlı mövqeyi ürəkaçan deyil. Ermənistan silah birləşmələri mülki obyektləri, mədəni sərvət hesab olunan obyektləri hücum üçün hədəf seçib, nəticədə zəngin sərvətimiz məhv edilib.

Baş nazirin müavini qeyd edib ki, əgər hər hansı qurum öz vəzifələrini yerinə yetirmirsə və ya bunu etmək istəmirsə, o zaman alternativlər axtarmaq zərurəti yaranır. Bu yanaşmalardan əziyyət çəkən ölkə təkcə Azərbaycan deyil, başqa ölkələr də var, ya qurum obyektiv fəaliyyət göstərməlidir, ya da ölkələr alternativlər barədə düşünəcəklər.