YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərb tariximizin qəhrəmanlıq salnaməsi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri  

Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirən, 10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradından iki il ötür. Zəfər paradı 44 günlük İkinci Qara¬bağ müharibəsində əldə etdiyimiz Qələbənin göstəricisi idi.  Bu paradın özünəməxsus özəlliyi, digər paradlardan fərqi var¬dır. Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması¬nın 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaq¬lar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxın¬laşdırmalıyıq və yaxınlaşdırırıq.”  Hər bir vədini reallığa çevirən cənab İlham Əliyev bu sevinci də xalqımıza bəxş etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gündə Ermənistan silahlı qüvvələrini diz çökdürdü, işğalçı dövləti kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan tarixi Zəfəri ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi. 30 ilə yaxın dövrdə kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan bir daha dünyaya bu çağırışı etdi ki, beynəlxalq hüquq normalarının tətbiqi üçün vahid mexanizm olmalıdır.

30 illik torpaq həsrətimizə 44 gündə son qoyuldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər pa¬radında Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Azadlıq meydanına gətirildi və Qələbə simvolu kimi dalğalandı. Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olundu. Parad¬da, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Dövlət başçısı Zəfər paradındakı çıxışında bir daha bu reallığı qürurla diqqətə çatdırdı ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var: “Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

Azərbaycan-Türkiyə qardaşlığının nümayişi olan Zəfər paradında Prezident İlham Əliyev bu məqama da diqqəti yönəltdi ki, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə “Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq” fikirləri ilə bir daha bu dostluğun, qardaşlığın sarsılmazlığını təsdiqlədi.

Bir sözlə, Zəfər paradı məğlub Ermənistana, həm də onun havadarlarına tarix dərsi, Müzəffər ordumuzun Vətən müharibəsində məhv etdiyi Ermənistan ordusuna məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhənin nümayişi göz dağı oldu. Lövhədə böyük hərflərlə əks olunmuş “Qarabağ Azərbaycandır!” şüarı Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilmişdi. Bu, ərazi bütövlüyümüzün bərpasının dünyaya təqdimatı oldu. Döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanan Azərbaycan iki ildir həyatının yeni mərhələsini yaşayır.