YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədiyaşar şəhidlər

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin ötən il “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuları mayor Məmmədov Murad Yaşar oğlunun və kapitan Əliyev Xəyyam Əlixan oğlunun xatirələri anılıb.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon prokuroru Rəşid Mahmudov, rayon polis idarəsinin rəisi Süleyman Nemətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİH başçısının müavinləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İkinci Fəxri xiyabanda şəhid Murad Məmmədovun, Əmircan qəsəbəsindəki Şəhidlər xiyabanında isə şəhid Xəyyam Əliyevin məzarları ziyarət olunub, üzərilərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Həmçinin 44 günlük Vətən müharibəsi şəhidi Hacıyev Elmaz Elmar oğlunun da şəhadətinin ikinci ildönümündə xatirəsi anılıb.  Binə qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunaraq önünə gül dəstələri qoyulub.