YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda YAP-ın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı “Xəqani küçəsi, 33” ünvanı üzrə (Dövlət Auditi) ərazi partiya təşkilatında partiyanın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.

Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, ərazi partiya təşkilatının sədri Vaqif Həsənov, YAP Veteranlar Şurasının sədri, “91-lər” dən biri Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və “91-lər”dən biri Rizvan Vahabov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən, həmçinin Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yoldan və qazandığı uğurlardan geniş bəhs ediblər.

Tədbirin sonunda bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim olunub.