YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Helikopter qəzasında şəhid olan Abdulla Süleymanovun xatirəsi anılıb

Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğramasından bir il ötür.

Qəza nəticəsində şəhid olan hərbi qulluqçulardan biri leytenant Süleymanov Abdulla Telman oğlunun İkinci Fəxri xiyabanda anım mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.

Şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.