YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda şəhid məzarları ziyarət olunub

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri sosial siyasətə uyğun olaraq Goranboy rayonunda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

Növbəti dəfə Goranboy rayonu Baxçakürd kəndində Birinci Qarabağ və Vətən Müharibəsində canlarından keçən şəhid övladlarının məzarları rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, YAP rayon təşkilatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilat rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunaraq xatirələrinə sonsuz ehtiramlarını bildirib, məzarları önünə gül dəstələri düzərək ruhlarına dualar oxuyublar.

Ziyarət zamanı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ziyarətdə iştirak edən şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları qəhrəman vətən övladları ilə bağlı xatirələrini bölüşüblər.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və millət vəkili Anar Məmmədov çıxış edərək bildiriblər ki, torpağı qanı ilə vətən edən oğullarımız daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq.