YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın yeni inkişaf dövrünü yaşayır

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu ərazisi Narzan, İstisu, Turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. 1930-cu ildə Sovet hakimiyyəti bölgəni inzibati ərazi vahidinə çevirmiş və əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçını inzibati mərkəz təyin etmişdir.

Laçın 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilib. 30 ilə yaxın işgal altında olan digər şəhər və rayonlarımız kimi Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu da düşmənin vəhşilik və vandalizminin qurbanı olmuşdur. Rayondakı bütün yaşayış məskənləri yerlə-yeksan edilərək dağıdılmış, tarixi-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan olunmuşdur.

Həmin vaxt erməni silahlı qüvvələri o zaman ki hakimiyyətin zəifliyindən eləcə də, ölkədə tüğyan edən hərc-mərclikdən istifadə edərək Laçın dəhlizinə keçməklə bu rayonu işğal etmiş və Ermənistan ilə keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmağa müvəffəq olmuşdurlar. İşğal nəticəsində 80 min nəfərə yaxın rayon sakini öz ata-baba yurdlarından didərgin salınaraq, Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşlər.

İşğal dövründə digər ərazilərdə olduğu kimi, Laçın rayonunda da coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi və əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və əfsuslar olsun ki, bu cinayət əməlləri dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Dünya ictimaiyyəti bütün bu baş verənlərə göz yumaraq Azərbaycanın hüquqlarını bərpa etmək istiqamətində bircə addım belə atmamışdır.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Laçın rayonunun hərbi əməliyyatlarsız geri qaytarılması Azərbaycanın gücünün, eyni zamanda diplomatik müstəvidə əldə etdiyi qələbənin göstəricisi idi.

Laçın rayonunun məhz hərbi-siyasi yolla işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik uğuru olaraq xüsusi önəm kəsb edir. Müharibənin ən sonuncu günündə Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri azad olundu. 2020-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabur və Sus kəndləri Azərbaycana qaytarıldı.

2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu gün digər işğaldan azad olunmuş ərazilərimiz kimi, Laçın rayonuda yenidən qurulur. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq ərazilərimiz bərpa olunur, yeni infrastruktur layihələr həyata keçirilir. Rayonun yol-nəqliyyat infrastrukturu yeniden qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 km-dir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçında Hava Limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır.

Bu gün Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş Laçın rayonunda da qısa zamanda görülən işlərə nəzər saldıqda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi tezliklə bərpa-quruculuq işləri uğurla başa çatacaq və Laçın rayonuda yenidən cənnətə çevriləcəkdir.

DİGƏR Xəbərlər Arxiv