YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya Prezidenti: “Şərq tərəfdaşlığı” Aİ-nin gələcək siyasətidir

“Şərq Tərəfdaşlığı” həm də gələcəyin siyasətidir”. Bu sözləri Latviya Prezidenti Andris Berzinş mayın 21-də Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrinin liderlərini qəbul edən zaman jurnalistlərə söyləyib. O vurğulayıb ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin Riqa sammiti təkcə Latviyanın Avropa İttifaqı Şurasına altıaylıq sədrliyi dövrünün başlıca tədbiri deyil. Latviya Prezidenti deyib: “Biz bu sammiti həm də gələcəyin siyasəti hesab edirik”. O etiraf edib ki, Aİ-nin “Şərq Tərəfdaşlığı” siyasətinin gələcəyi ilə bağlı çoxsaylı müxtəlif fikirlər var.

Aİ Şurasında sədrlik edən Latviya mayın 21-22-də Riqada “Şərq Tərəfdaşlığı” ölkələrinin zirvə görüşünü keçirir.

 

DİGƏR Xəbərlər Arxiv