YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycanla bağlı tənqidlərin heç bir əsası yoxdur

«Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieksin Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti tənqid etməsinin heç bir əsası yoxdur». Bu fikri Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bu dairələr konkret şəxslərin maraqlarını qoruyur. Onun sözlərinə görə,  bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı şər, böhtan kampaniyası davam edir.

«Mənim diqqətimi çəkən cənab Nils Mujnieksinin “mənim tərəfdaşlarım” fikrini işlətməsidir. Əgər komissar Avropa Şurasının insan hüquqları üzrə komissarlığı ifadəsini işlətsəydi, bu, başa düşülərdi. Belə çıxır ki, Nils Mujnieksinin Azərbaycanda öz siyası adamları var. Onun siyası dünyagörüşü nədən ibarətdir, siyasəti nəyə xidmət edir, buna diqqət etsək, görərik ki, onun azərbaycanlı ilə tərəfdaş olması mümkün deyil. Əslində komissar bu danışığı ilə özünün iç üzünü açıb. Biz Avropa Şurası daxil olmaqla bütün beynəlxalq qurumlar qarşısında öz doğma torpaqlarına, ata-babalarının qəbrini ziyatərə gedən məcburi köçkünlər, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülüb insanlığa sığmayan işgəncələrə məruz qaldığı barədə nəinki məlumat vermişik, onların azad olunması üçün dəfələrlə xahiş etmişik. Ermənistanın bütün beynəlxalq konvensiyaları pozuğunu diqqətə çatdırmışıq. Bu günə qədər onlardan biri, elə konkret olaraq Avropa Şurasının İnsan Hüquqları üzrə kommisarından bir reaksiya yoxdur. Bu da onu göstərir ki, belələrini insan hüquqlarının pozulması maraqlandırmır. Onlar yalnız öz məqsədləri naminə addımlar atırlar»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv