YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunları çərçivəsində Bakıda “Polşa günü” keçiriləcək

Mayın 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında birinci Avropa Oyunları çərçivəsində “Polşa günü” keçiriləcək.

AZƏRTAC-ın Varşavaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə söhbət Polşa Olimpiya Komitəsində azərbaycanlı jurnalistlərlə görüşdə gedib.

Tədbirdə 300-dən çox adam, o cümlədən Avropa Olimpiya Komitəsinin nümayəndələri iştirak edəcək.

Tədbir bir neçə hissədən ibarət olacaq. Proqramın bədii hissəsində tanınmış polşalı pianoçu Kşiştof Yablonskinin konserti olacaq. O, Azərbaycan orkestrinin müşayiəti ilə çıxış edəcək. Orkestri polşalı dirijor idarə edəcək. Konsertdə əsasən Frederik Şopenin musiqisi səslənəcək. Konsert proqramında folklor nümunələri, o cümlədən Polşa dağlılarının rəqsi, moda nümayişi də nəzərdə tutulub.

Azərbaycan Dövlət Filarmoniyasının foyesində eyni vaxtda Polşanın iki sərgisi keçiriləcək. Azərbaycan memarlığında Polşa izlərinə həsr edilmiş birinci sərgi Polşa Xarici İşlər Nazirliyi ilə birlikdə təşkil ediləcək. “Polşaya səfər edirik” adlı ikinci sərgini bu ölkənin turizm şirkətləri təşkil edəcəklər.

“Polşa günü”ndə kənd təsərrüfatı, idman və turizm nazirlərinin, digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.