YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov Qazaxıstanın Aktau şəhərinə səfərə gedib

Noyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, iyunun 27-də Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.