YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Varşava aeroportunda “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən stend quraşdırılıb

Varşavadakı Friderik Şopen beynəlxalq aeroportunda üz qabığında Bakıdakı Heydər Əliyev Mərkəzi və birinci Avropa Oyunlarının loqotipi təsvir olunmuş “Olimpiya” jurnalının stendi quraşdırılıb.

Polşanın Olimpiya Komitəsi tərəfindən nəşr edilən jurnalın üz qabığında bu sözlər yazılıb: “Bakı-2015” debütü ərəfəsində ... İndiyədək belə oyunlar keçirilməyib”.

Jurnalda Avropa Oyunlarına həsr olunmuş böyük məqalə dərc edilib. Məqalədə deyilir ki, “biz iyunun 12-nə, Azərbaycanın paytaxtında “Bakı-2015” birinci Avropa Oyunlarının açılışı gününə doğru iri addımlarla irəliləyirik”. “Köhnə qitədə yeni idman tədbiri”, “Oyunlara hazırlıq haqqında son məlumat” kimi sərlövhələr diqqəti cəlb edir. Bildirilir ki, Oyunların təşkilatçıları 50 milli yığma komandanın gəlişini gözləyirlər və idmançılara rahat şərait yaradılıb. Jurnalda, həmçinin Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovla müsahibə dərc olunub.

Varşava sakini Kristina Kusnit deyib: “Mən yeniliyi çox sevirəm, buna görə də ölkəmizə dost olan Azərbaycanın paytaxtında keçiriləcək birinci Avropa Oyunlarını səbirsizliklə gözləyirəm”.