YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Baş naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

Noyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb.

Bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır.

Türkiyənin Vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.