YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixində inkişafın növbəti yeni dövrü

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin çıxışı Partiyamızın tarixində ən yadda qalan hadisələrdən biri idi. Prezident İlham Əliyev YAP-ın 30 il ərzində keçmiş olduğu tarixi yol haqqında danışaraq Partiyanın Azərbaycan xalqının tarixi sərvəti kimi ölkəmizin inkişafındakı rolundan bəhs edib.

Ölkəmizin müstəqilliyinin ilk illərində ağır faciələrlə üzləşən xalqımız bütün bu ağrılı və mürəkkəb proseslərdən çıxış yolunu Heydər Əliyevin müdrik və xilaskar lider rolunda görürdülər. Xalqın Ulu Öndərə olan inamı və etibarı təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyev ən ağır zamanlarda öz xalqının yanında olmuş və hərkəsin qurtuluşa gedən yolda imdadına çatan böyük xilaskar idi. Azərbaycan xalqı öz dəstəyini və qüvvəsini Ulu Öndər Heydər Əliyevin ətrafında səfərbər etmək üçün yaranan böyük zərurətdən 500-dən çox ziyalının iştirakı ilə Yeni Azərbaycan Partiyasını təsis etdi. Ölkəmizin yenicə qazanmış olduğu müstəqilliyini qoruyub saxlamaq, onu möhkəmləndirmək, sabit və firavan ölkəyə çevirmək xalqı Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdirən əsas amallar idi. Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan dövlətinin əsasları qoyularaq möhkəmləndirildi.

2003-cü ildə Azərbaycan xalqı müdriklik nümayiş etdirərək uğurlu gələcəyin təminatı üçün yenidən Heydər Əliyev siyasətinə səs verdi. Ölkəmizin Heydər Əliyev yolunda irəliləməsini isə yalnız böyük tarixi şəxsiyət, dövlət xadimi cənab Prezident İlham Əliyev həyata keçirə bilərdi. Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin qarşıya qoyduğu bütün hədəflər və tapşırıqlar yerinə yetirilərək güclü Azərbaycan dövləti quruldu, torpaqlarımız işğaldan azad edilərək Qarabağ problemi həll olundu.

2003-ci ildən etibarən 3 dəfə artan iqtisadiyyatımızın bu il rekord həddə yəni, 130 milyard manata çatacağı gözlənilir. Azərbaycan özünün inkişaf tarixində növbəti yeni dövrə qədəm qoyub. Bu dövr Qarabağ və Şərqi Zəngəzurda quruculuq və yenidənqurma prosesini özündə ehtiva edir. Düşmən tərəfindən 30 ilə yaxın dövrdə dədə-baba torpaqlarımızda dağıntıya məruz qalmış şəhər və kəndlərimizin sürətlə bərpası Azərbaycan xalqının böyüklüyünü, öz mirasına necə sahib çıxdığının göstəricisidir.