YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 11-ci Baş Assambleyasında təmsil olunur

Yeni Azərbaycan Partiyası (YAP) İstanbulda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) 11-ci Baş Assambleyasında təmsil olunur.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) ev sahibliyi ilə təşkil olunan konfransda dünyanın 31 ölkəsindən 69 partiya iştirak edir.

Tədbirdə ölkəmizi Milli Məclisin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi Aparatının beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə təmsil edirlər.

Noyabrın 18-də tədbirin rəsmi açılış mərasimi və konfransın plenar iclasları keçirilir.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konfrans iştirakçılarına müraciəti, ölkənin Vitse-prezidenti Fuat Oktay, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və digər dövlət rəsmilərinin iştirakı nəzərdə tutulur.

Noyabrın 20-dək davam edəcək tədbirdə müxtəlif partiyaların nümayəndələri “Qlobal Sülh, Rifah və Əməkdaşlıq naminə Dialoqun Gücləndirilməsində Siyasi Partiyaların Rolu” mövzusunda çıxışlar edəcəklər.

Konfransın ikinci plenar iclasında Ramil Həsən “Münaqişələrin həlli və münasibətlərin normallaşması prosesində siyasi partiyaların rolu” mövzusunda çıxış edəcək.

Konfransda Turizmin Təşviqi və Şəhərlərarası Əməkdaşlıq Şurası ilə yanaşı, Biznes Şurasının da iclasları keçiriləcək.

Tədbir davam edir.

DİGƏR Xəbərlər Arxiv