YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli dirçəlişimizdə ümummilli lider Heydər Əliyevin tarixi rolu”

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş ilə bağlı “Milli dirçəlişimizdə ümummilli lider Heydər Əliyevin tarixi rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə çıxış edən Mingəçəvir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub.

YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev, 7 saylı tam orta məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Anar İsmayılov, Mingəçevir Dövlət Universitetinin müəllimi Vüsalə Mövlayeva mövzu ətrafında məruzə ediblər.