YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının inkişafında tarixi mərhələ

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür. Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub. Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. YAP-ın yaradılması Azərbaycanın tarixində çox önəmli hadisədir. Bu gün ümumxalq partiyasına çevrilən YAP-ın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub. Partiya yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək milli müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə layiqli töhfələrini verib. Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən xilas olaraq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxdı. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. Yeni Azərbaycan Partiyası sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərabyacn Partiyasının sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi: “Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Partiyanın sıraları durmadan genişlənir. Yeni Azərbaycan Partiyası öz ətrafında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirib.30 illik şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası bu gün də ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.

Nail olduğumuz müstəqillik bu gün dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində daha da möhkəmlənib və əbədilik qazanıb. Artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır. Bundan sonrakı dövrdə də Yeni Azərbaycan Partiyası fəaliyyətini müasir dövrün tələblərinə uyğun quracaq, daha böyük uğurlar qazanacaq.