YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Dəmir Yolu Liseyində Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının iclası keçirilmişdir

Dövlət Dəmir Yolu Liseyində Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının iclası keçirilmişdir.

İclasda Liseyin direktoru Həsən Bayramov ölkədə həyata keçirilən quruculuq  prosesinin təhsildən, o cümlədən ilk peşə-ixtisas təhsilindən də yan keçmədiyini qeyd etmiş, bu sahədə hər bir müəssisədə olduğu kimi liseydə çalışan partiya üzvlərinin nümunəvi işlərindən bəhs etmişdir.

Xüsusilə bu ilin sonlarında əsasının qoyulmasının 120 ili tamam olacaq liseydə aparılan yeniliklərdən bəhs edən məktəb direktoru, bəzi problemlərə də toxunmuş, xüsusilə mühəndis pedaqoji kollektivin gəncləşməsi, tədrisin innovativ əsaslarına üstünlük verilməsi, emalatxanaların elektron vasitələrlə təchizi zərurətinə toxunmuşdur.

Yığıncaqda YAP Nərimanov rayon təşkilatının sədri Təhmuraz Tağıyev çıxış edərək kollektivi yaxşı tanıdığını, xüsusilə Ulu Öndər Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı zamanı onların çox fəallıq göstərdiklərini xatırlatdı. Sonra partiya üzvlərindən Esmira Rəhimova, Rəşid Həsənov, Aida Quliyeva, Mehparə Sofiyeva çıxış edərək, məktəbin yeni rəhbərliyinin gördükləri müsbət işlərdən, xüsusilə də tədris-metodiki bazasının yeniləşməsi ilə bağlı atılan ciddi addımlardan danışdılar.

Yığıncaqda ərazi ilk partiya təşkilatında təşkilati məsələyə də baxıldı. Məktəbin sabiq direktoru Fərrux Abbasovun təqaüdə çıxması ilə bağlı ilk partiya təşkilatının sədrliyindən getməsinə dair ərizəsi müzakirə edilərək qəbul edildi. Onun tövsiyəsi ilə məktəbin tədris hissə müdiri Oruc Həsənovun ilk partiya təşkilatının sədrliyinə namizədliyi irəli sürüldü.

Yığıncaqda yekdillikdə Oruc Həsənov Dövlət Dəmir Yolu Liseyi ilk partiya təşkilatının sədriliyinə seçildi