YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə ehtiram

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və təşkilat əməkdaşları, partiya fəalları 8 Noyabr - Zəfər Günü və Yeni Azərbaycan Partiyasının (YAP) 30 illiyi münasibətilə 2-ci Şəhidlər xiyabanında Nəsimi rayon Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, şəhid ailələrinə baş çəkib, onlara bayram sovqatları çatdırıblar.

Ziyarətlər zamanı partiyanın rayon təşkilatının sədri Azər Süleymanov qeyd edib ki, iki il bundan əvvəl sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyulub, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olunub.

“Füzuli 71” (Kapitalbank ASC) ünvanı üzrə üzrə ərazi partiya təşkilatının sədri Yaşar Məmmədov vurğulayıb ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.