YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə “Tarix yazanlar” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı “C.Cabbarlı” ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30 illiyi və 8 Noyabr - Zəfər Günü münasibətilə “Tarix yazanlar” adlı tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatı “C.Cabbarlı” ərazi partiya təşkilatının sədri Hürü Şirinova Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, inkişaf dövründən, dövlətçiliyimizin inkişafında və xalqımızın firavan həyatının təmin olunmasındakı əhəmiyyətli rolundan bəhs edib.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, 30 il müddətində hər zaman uğurlara imza atan YAP xalqın etimad etdiyi ünvana çevrilib. Cənubi Qafqazın ən avanqard siyasi təşkilatı olaraq YAP bu illər ərzində böyük yol qət edib. Müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin başladığı missiyanı Prezident İlham Əliyev müasir idarəçilik prinsiplərinə söykənərək davam etdirməkdədir.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov partiyanın ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfəsini verdiyini söyləyib.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı isə diplom ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv