YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN başçısı: Azərbaycan ABŞ-ın Ermənistan tərəfi ilə görüş təşəbbüsünə razılıq verib

Yaxın günlərdə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında ikitərəfli görüş keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir bildirib ki, görüşün təşəbbüsü ABŞ tərəfindən gəlib və Azərbaycan tərəfindən bu təşəbbüsə razılıq verilib. Qeyd edilib ki, görüşün gündəliyində müxtəlif mövzular var. Lakin Azərbaycan tərəfinin əsas prioriteti sülh müqaviləsi ilə bağlı prosesdir.