YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə qəhrəman Vətən övladlarının xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, idarə, müəssisə, təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərləri, partiya fəalları, ictimaiyyət nümayəndələri rayonun Kornədi kəndində şəhid gizir Ağayev Cəlal Ağaverdi oğlunun, Anbu kəndində DSX-nin giziri şəhid Əhmədov Tural Əkrəm oğlunun, Veri Əliabadı kəndində şəhid Rəhimov Sadiq Nadir oğlunun, Bibiyani kəndində isə şəhid Fərziyev Balaş İltizam oğlunun məzarlarını ziyarət edib, üzərilərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Həmçinin Vətən müharibəsi şəhidləri Həşimov Tərzan Qəhrəman oğlunun və kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun da xatirələri anılıb, məzarları önünə gül dəstələri qoyulub.

Kornədi və Peştətük kəndlərində şəhidlərin əziz xatirəsinə inşa olunan abidə kompleksləri ziyarət olunub.

Qeyd edək ki, Cəlal Ağayev 2020-ci il sentyabrın 29-da Ağdərə istiqamətində, Sadiq Rəhimov 2020-ci il noyabrın 3-də Xocavənd istiqamətində, Balaş Fərziyev 2020-ci il sentyabrın 29-da Füzuli uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olublar. Tural Əhmədov isə 2021-ci ilin noyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.