YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diplomatik uğurlarımız davamlıdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri 

Azərbaycan tarixi Zəfərimizdən sonra Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Artıq bu addım ölkəmizin münasibətlərdə yeni səhifə açmaq istəyinin göstəricisidir. Tarixi  Zəfərimiz, həmçinin regionda və dünyada yeniliklərə yol açdı. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xidmət edən Moskva, Soçi görüşlərinin ardınca Brüssel gündəliyi formalaşdırıldı. Bu gündəliyin müəllifi Azərbaycandır.  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə 4 dəfə görüşü keçirilib.  Ermənistana iki ildir ki, sülh müqaviləsinin imzalanması ilə bağlı şans verilsə də prosesin qısa zamanda reallığa çevrilməsi üçün səylərini artırmaq  fikrində olmadığı özünü qabarıq şəkildə büruzə verir.

Keçirilən görüşlərin hər biri  sülh müqaviləsinin imzalanmasına doğru mühüm addım kimi dəyərləndirilir. Bu baxımdan ki, görüşün sonunda imzalanan sənəddə əksini tapan müddəların hər birində  yeni çağırışlar öz əksini tapır ki, bu da öz növbəsində birgə fəaliyyətin daha da gücləndirilməsini tələbə çevirir.

Oktyabrın 31-də dövlət başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində səfər oldu. Səfər çərçivəsində  Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşləri keçirildi. Həmçinin Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın  baş nazirinin üçtərəfli görüşü keçirildi.  Görüşün sonunda  imzalanan bəyanatda əksini tapan  müddəalarda gündəmə gətirilən əsas məsələlərə diqqət yetirək. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan ilə Ermənistan  arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.  Rusiyanın köməyi ilə Azərbaycan ilə Ermənistan  arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin,  eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir.

Göründüyü kimi, sülh müqaviləsinin imzalanmasına hazırlıq prosesinin sürətləndirilməsi, eyni zamanda, iki ölkənin xalqları arasında etimadın möhkəmləndirilməsi əsas çağırış kimi önə çəkilir. 

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev sülh təklifinin uzun müddət masa üzərində qalmayacağını ilk gündən bəyan edib.  Düşünmək olar ki, işğalçı dövlət və ona havadarlıq edən dövlətlər bu bəyanatdan nəticə çıxarmaqla yanaşı, yaradılan imkanlardan düzgün bəhrələnməlidirlər.

Hər zaman qeyd etdiyimiz kimi, xarici siyasətimiz beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Atılan hər bir addımda bu prinsiplər öndə dayanır. Azərbaycanın böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə münasibətlərinin əsasında da məhz qarşılıqlı hörmət və maraq prinsipi dayanır. Həmçinin Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə müdaxiləni də yolverilməz qəbul edir. Dövlət başçısı İlham Əliyevin ən yuksək tribunalardan səsləndirdiyi bəyanatlarda bu məqam xüsusi qeyd edilir ki, heç kim bizimlə diktat dili ilə danışa bilməz.

Azərbaycan müstəqil siyasət aparır, bu siyasətimizin uğurları göz önündədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunun bir daha təsdiqi oldu. Tarixi Zəfərimiz Azərbaycanın iki, eyni zamanda, çoxtərəfli çərçivədə əlaqələrinin  inkişafında, diplomatik uğurlarının davamlılığında öz sözünü deyir. Əksər dünya güclərinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı səylərini dəstəkləməsi də sülh müqaviləsinin imzalanmasında maraqlı olduqlarını nümayiş etdirir. Lakin 30 illik işğal dövründən fərqli olaraq,  əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan  sülh təklifinin uzun müddət masa üzərində qalmasına tərəfdar deyil. Ölkəmiz  10 noyabr 2020-ci il üçtərəfli razılaşmadan, 11 yanvar  2021-ci il Moskva  və 26 noyabr Soçi  görüşlərində imzalanan sənədlərdən  irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirir və bunu Ermənistandan da tələb edir. Brüssel  formatı da dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Bütün hallarda  əsas hədəf regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, sülh müqaviləsinin qısa zamanda imzalanmasıdır. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik. Mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq.