YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda yüksək bal toplamış tələbələrlə görüş keçirilib

Ucarda Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü, rayon “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı bal toplamış tələbələrlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Ucar “Gənclər Evi” SMM-in direktoru Elamin Dibirov, tələbələr və onların valideynləri iştirak ediblər.

Ucar rayon Gənclər Evinin direktoru Elamin Dibirov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunları, onların valideynlərini təbrik edib, gənclərə uğurlar arzulayıb.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil strategiyasının uğurla həyata keçirilməsindən söhbət açıb.

Milli Məclisin deputatı Ramil Həsən Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu deyib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyllərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Deputat ölkəmizdə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu olduğunu vurğulayıb. R.Həsən gənclərə tələbəlik illərində ixtisaslarını gözəl öyrənmələri ilə yanaşı, gənclər siyasətinin fəal iştirakçıları olmağı tövsiyə edib.

Tələbələr göstərilən qayğıya görə minnətdarlıq edib, ixtisaslı kadr kimi yetişəcəklərinə söz veriblər.

Sonda tələbələrə diplom və hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv