YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ramil Həsən gənclərlə görüşüb

Milli Məclisin deputatı Ramil Həsən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (NAYORA) üzv gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Azərbaycan həqiqətlərinin gənclər təşkilatları vasitəsilə dünyaya çatdırılması, beynəlxalq təmsilçiliyin ölkəmiz üçün əhəmiyyəti barədə müzakirələr aparılıb. Həmçinin gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonda deputat NAYORA-nın xatirə dəftərinə öz xoş arzularını yazıb, xatirə şəkli çəkdirilib.