YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda Zəfər Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən 8 Noyabr - Zəfər günü ilə əlaqədar “Qarabağ Azərbaycandır” mövzusunda şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və partiya fəallarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Seyfəddin Əliyevin sözlərinə görə, qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yolları keçərək Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir.

Şəhər 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, Vətən müharibəsi iştirakçısı Cəmaləddin Məmmədov, partiya fəalı Rafiq Abasov və başqaları çıxış edərək böyük Zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə yazıldığını, qələbəmizin sonsuz qürur hissi doğurduğunu deyiblər.