YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhidlərin məzarları ziyarət olunub

Gədəbəy rayonunun Arısu kəndində şəhid Əliyev Elsevər Saqib oğlunun, Kiçik Qaramurad kəndində isə şəhid Quliyev Mehtab Ənvər oğlunun şəhadətlərinin ikinci ildönümündə xatirələri anılıb

Anım mərasimlərinə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, kənd sakinləri qatılıblar.

Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə tər güllər düzüblər.

Çıxışlarda şəhidlərin mənalı ömür və döyüş yollarından danışılıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.